"Qatar Airways" Dohadan Bakıya uçuşları bərpa edir Hadisə

"Qatar Airways" Dohadan Bakıya uçuşları bərpa edir

Qətərin "Qatar Airways" şirkəti mayın 10-dan Doha-Bakı-Doha marşrutu ilə uçuşları bərpa edəcək.

Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava limanından bildiriblər.

Qeyd olunub ki, uçuşlar həftədə üç dəfə, bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı günləri keçiriləcək.

Bakıdan Dohaya uçuşlar yerli vaxtla saat 03:25-də, Dohadan Bakıya yerli vaxtla 20:20-də baş tutacaq.

İyunun 11-dən etibarən Doha-Bakı-Doha reysləri hər gün yerinə yetiriləcək.