Azərbaycan tarixində ilk dəfə Batareya Enerji Saxlanc Sistemi yaradılır
AMB “AtaSığorta”ya təyin etdiyi müvəqqəti inzibatçının adını açıqlayıb
Prezident İlham Əliyev: Ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb edə bilmişik
Azərbaycan Prezidenti: Bizim generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir
31 May 2021 10:41
1 806
Baş Prokurorluq Bakıda hakimin qətl törətməsi ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsində tapşırılıb.
Əhmədov Fəqan Rövşən oğlunun özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fəqan Əhmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.