Respublika birincisi: Bakı Ali Neft Məktəbinin rəqibi yoxdur Hadisə

Respublika birincisi: Bakı Ali Neft Məktəbinin rəqibi yoxdur

Magistraturaya qəbul imtahanlarında ən yüksək bal toplayaraq Respublika birincisi olan Vüsal Kərimov Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisası üzrə V kursda təhsil alır.

Vüsal 1999-cu ildə Bakıda anadan olub və 107 saylı tam orta məktəbi bitirib. O, bakalavr pilləsi üzrə də qəbul imtahanında yüksək bal - 662 bal toplayaraq Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisasına qəbul olub.

V.Kərimov deyir ki, magistraturaya hazırlaşmağında Bakı Ali Neft Məktəbində 5 il ərzində əldə etdiyi təhsilin, seçdiyi kursun və müəllimlərinin əməyi böyük olub.

Qəbul imtahanın birinci turunda 88 bal toplayan Vüsalın seçimi Bakı Ali Neft Məktəbinin Yataqların işlənməsi və idarə olunması ixtisası olacaq. O hesab edir ki, bu, hazırda təhsil aldığı ixtisasa uyğundur və həmin ixtisasın tədrisində Bakı Ali Neft Məktəbinin rəqibi yoxdur.

Elə buna görə də, V.Kərimov xaricdə təhsil almaq üçün heç bir cəhd etməyib. O düşünür ki, Bakı Ali Neft Məktəbi təhsilə görə digər xarici universitetlərdən geri qalmır.