Azərbaycanda son sutkada 153 nəfər COVID-19-dan sağalıb, ölüm qeydə alınmayıb Hadisə

Azərbaycanda son sutkada 153 nəfər COVID-19-dan sağalıb, ölüm qeydə alınmayıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

İndiyədək ölkədə ümumilikdə 335339 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329191 nəfər müalicə olunaraq sağalıb, 4959 nəfər vəfat edib, aktiv xəstə sayı 1189 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8162, ötən müddət ərzində isə ümumilikdə 3653074 test aparılıb.