BƏƏ İraqı hədələdi
15:56
Misir səfiri: Əminəm ki, Azərbaycanın WUF13-dəki ideyaları yaxşı müzakirə olunacaq - MÜSAHİBƏ
Yanvar-aprel aylarında DOST mərkəzlərində 335 min vətəndaşa xidmət göstərilib
Azərbaycan MN rəhbərliyi “EFES - 2026” təlimində iştirak etmək üçün Türkiyəyə gedib
UN-Habitat rəhbəri: Bakı Fəaliyyət Çağırışı növbəti iki il üçün əsas yol xəritəsi olacaq
23 İyun 2021 18:29
3 472
Naxçıvan” Beynəlxalq Hava Limanı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Müvafiq olaraq “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərara dəyişiklik edilib və "Naxçıvan” Beynəlxalq Hava Limanı "Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin tabeliyindən çıxarılıb.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu Qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etmək tapşırılıb.