Netanyahu: İranı var gücümüzlə vurmağa davam edirik
26 Mart 17:29
26 Mart 17:29
26 Mart 16:42
26 Mart 15:01
25 İyun 2021 15:19
2 653
Qubada sanitar texniki, sanitar gigiyenik vəziyyəti, o cümlədən qida təhlükəsizliyi sahəsində normativ hüquqi tələblərinə uyğun olmadan fəaliyyət göstərən alkoqolsuz içkilərin istehsalı müəssisəsi aşkarlanıb.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Xaçmaz Regional Bölməsindən APA-nın yerli bürosuna verilən məlumata görə, rayonun Timiryazev kəndində Məlikov Ələkbər Bəhram oğluna məxsus sexdə yoxlama zamanı məhsulların istehsalı zamanı texnoloji ardıcıllığa riayət olunmaması müəyyənləşib. Həmçinin istehsal müəssisəsində istifadə olunan suyun laborator müayinələrinin həyata keçirilmədiyi üzə çıxıb. Sexdə “Quba Şahdağ” əmtəə nişanlı qazlaşdırılmış alkoqolsuz içkilər (limonad) istehsal olunur.
Aşkar olunan fakt əsasında qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.
Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri mütamadi davam etdirəcək.
08:31
532
26 Mart 16:12
1 386
26 Mart 13:44
1 337







.jpg)
