

Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin iclası keçiriləcək
Ermənistan vətəndaşlarının məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilir
Orban: Macarıstanda keçiriləcək Rusiya-ABŞ sammitinə hazırlıq tam sürətlə gedir
Avstriya Tehrandan Bakıya köçürülən səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Daha 110 Azərbaycan vətəndaşı Rusiyadan quru sərhədi ilə ölkəyə qayıdıb.
APA-nın Moskva müxbirinin TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Dağıstan Respublikasının milli siyasət və dini işlər üzrə nazirinin birinci müavini Harun Davudov bildirib.
Onun sözlərinə görə, 110 Azərbaycan vətəndaşı Dağıstanın Məhərrəmkənd rayonunda yerləşən “Yaraq-Kazmalar” beynəlxalq gömrük buraxılış məntəqəsindən keçməklə Azərbaycana göndərilib.
H. Davudov daha 500-dən çox Azərbaycan vətəndaşının ölkələrinə qayıtmaq üçün gözlədiyini vurğulayıb.