“İnsanları daha çox iqtisadiyyat maraqlandırmalıdır” Hadisə

“İnsanları daha çox iqtisadiyyat maraqlandırmalıdır”

Əli Hüseynli: "Mənim təsəvvürümdə siyasətlə çox az sayda insan məşğul olmalıdır"

"Məhz indiki mərhələ – islahatlar, demokratiyanın inkişafı üçün ölkədə partiyaların sayının çox olması normal bir haldır". Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dilə gətirib.
"Ona görə yaxın müddətdə yox, gələcək mərhələdə yalnız bu məsələ-partiyaların mərkəzləşməsi, onların sayının azalması mümkün ola bilər", - deyən komitə sədrinin sözlərinə görə, digər ölkələr də məhz bu proseslərdən keçərək bugünkü vəziyyətə çatıblar.
"Yəni, onlarda insanlar həqiqətən də siyasətdən doyublar və bu baxımdan da, zamanında partiyaların mərkəzləşməsi prosesi gedib. Bizdə isə müşahidələr bəzən onu göstərir ki, əhalimiz hələ də siyasi maraqları daha çox saxlayırlar.
Amma mənim təsəvvürümdə siyasətlə çox az sayda insan məşğul olmalıdır. İnsanları daha çox iqtisadiyyat maraqlandırmalıdır", - deyə Ə.Hüseynli daha sonra sözlərinə əlavə edib.