Ali Məhkəmədə kitab təqdimatı Hadisə

Ali Məhkəmədə kitab təqdimatı

Dünən Ali Məhkəmədə Rusca-Azərbaycanca izahlı hüquq lüğətinin təqdimatı keçirilib. Təqdimat mərasimində giriş sözü ilə çıxış edən Ramiz Rzayev kitabın 5 il ərzində böyük zəhmət hesabına başa gəldiyini bildirib. Ali Məhkəmənin sədri lüğətin geniş oxucu tütləsi üçün nəzərdə tutulduğunu da vurğulayıb. Xatırladaq ki,
Ali Məhkəmənin təşəbbüsü ilə hazırlanan lüğətin müəllifləri Ali Məhkəmənin sədri Ramiz Rzayev, filologiya elmlər doktoru, Bakı Slavyan Universitetinin professoru Rafiq Novruzov və Ali Məhkəmənin məsul işçisi Könül Əliyevadır.
Kitab "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən 2015-ci ildə nəşr olunub.
Rusca-Azərbaycanca izahlı hüquq lüğəti müasir qanunvericiliyin, həmçinin beynəlxalq hüququn bütün sahələrini özündə əhatə edən 33 mindən artıq söz və söz birləşməsindən ibarətdir. Lüğət həmçinin tibbə, iqtisadiyyata, maliyyəyə, müqavilə təcrübəsinə, birja, sığorta, xarici ticarət və hərbi fəaliyyətə aid termin və anlayışları özündə birləşdirir. Lüğət hüquqşünaslar, hüquq-mühafizə orqanlarının əməkdaşları, iqtisadi strukturlarda çalışanlar, maliyyəçilər, tərcüməçilər, alimlər, hüquq və beynəlxalq hüquq fakültələrinin müəllim, professor və tələbə heyəti üçün, xüsusi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, ən nəhayət geniş oxucu dairəsi üçün nəzərdə tutulub.