Kino Mərkəzinin divarlarına qraffiti çəkən əcnəbinin məhkəməsinin vaxtı məlum oldu
FHN-in Mülki müdafiə qoşunlarının hərbi hissələri arasında sərbəst güləş üzrə birincilik keçirildi
Heydər Əliyev adına Hərbi İnstitutda qanvermə aksiyası keçirildi
İşğaldan azad edilən ərazilərdə layihələrə 1 milyard 761 milyon manat xərclənib
15:43
154
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu yalnız coğrafi mövqeyi və resursları ilə deyil, həm də müstəqil siyasi iradəsi, diplomatik çevikliyi və yaratdığı geosiyasi imkanlarla ölçülür.
Bunu xalqcebhesi.az-a politoloq Əfəndi İbrahimli deyib.
O, qeyd edib ki, Azərbaycan bu baxımdan artıq regional çərçivələri aşan, beynəlxalq proseslərdə mövqeyi və sözü nəzərə alınan dövlətlərdən birinə çevrilib:
"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik və çoxşaxəli xarici siyasət Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini daha da artırıb. Enerji təhlükəsizliyi, Orta Dəhliz, nəqliyyat-logistika imkanları və Cənubi Qafqazda davamlı sülhün təmin olunması ölkəmizi Avropa ilə Asiya arasında mühüm geosiyasi və geoiqtisadi bağlantı mərkəzinə çevirir.
Bu gün Azərbaycan Avropaya yalnız enerji resursları ixrac edən ölkə deyil, həm də regional təhlükəsizliyə, beynəlxalq əməkdaşlığa və qlobal iqtisadi əlaqələrə töhfə verən etibarlı tərəfdaşdır.
Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin Zirvə toplantılarında iştirakı və Avropa liderləri ilə birbaşa dialoqu Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir. Bu, həm də ölkəmizin öz milli maraqlarını beynəlxalq müstəvidə müstəqil şəkildə ifadə etmək gücünün təsdiqidir.
Dublində keçirilən Zirvə toplantısı fonunda bir daha aydın görünür ki, dəyişən dünya nizamında Azərbaycan proseslərin kənarında dayanan deyil, öz siyasi iradəsi, strateji baxışı və təşəbbüsləri ilə regional və beynəlxalq gündəliyin formalaşmasına təsir göstərən dövlətdir.
Azərbaycanın gücü onun müstəqil siyasətində, beynəlxalq etimadında və milli maraqlarını qətiyyətlə müdafiə etmək iradəsindədir".
Cavid