Tramp dönəmində Latın Amerikası – yeni geosiyasi realıqlar
7 Yanvar 23:52
7 Yanvar 23:52
7 Yanvar 23:43
28 Sentyabr 2021 14:13
2 268
Hədə qorxu ilə tələb etməkdə təqsirləndirilərək həbs edilən bloger Ata Abdullayevin cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.
Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək məhkəmə prosesinin hazırlıq iclası oktyabrın 8-ə təyin olunub.
Prosesə hakim Fikrət Qəribov sədrlik edəcək.
Cinayət işi üzrə 4 nəfər zərərçəkmiş qismində tanınıb.
Xatırladaq ki, A.Abdullayev bu ilin mart ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
O Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə təqsirli bilinərək barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
7 Yanvar 20:43
896
7 Yanvar 19:45
1 043
7 Yanvar 17:58
1 078