Katz İrana zərbələri gücləndirmək əmri verib
27 Mart 15:59
27 Mart 15:59
27 Mart 13:45
Bakıda subasma nəticəsində köməksiz vəziyyətdə qalan şəxslər təxliyə olunub - VİDEO
SEPAH: Dubayda Ukraynaya məxsus antidron sistemləri anbarı məhv edilib
Tramp: "ABŞ aviadaşıyıcısına eyni vaxtda 17 istiqamətdən hücum edilib"
SEPAH: "Dubayda 500 amerikalı hərbçinin sığınacağını vurduq"
Azərbaycanın məktəbəqədər təhsil üzrə nailiyyətləri UNESCO-nun hesabatında işıqlandırılıb
18 Yanvar 2022 19:57
2 891
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissələrindən birində olub.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, HHQ-nin şəxsi heyəti ilə görüşən Baş Qərargah rəisi hava hücumundan müdafiə rəisləri, zenit-raket divizionlarının komandirləri ilə keçirilən təlim-metodiki toplanışda iştirak edib.
General-polkovnik K.Vəliyev döyüş qabiliyyətinin daha da artırılması və döyüşə hazır olma vəziyyətinin yüksək səviyyədə saxlanılması, hava məkanımızın etibarlı qorunması, döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılması ilə bağlı tapşırıqlar verib.
Sonda Baş Qərargah rəisi şəxsi heyətin qayğıları ilə maraqlanıb və Müdafiə nazirinin müvafiq tapşırıqlarını aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırıb.

