Türkiyədə mərc oyunlarına görə 17 hakim və 1 klub prezidenti saxlanılıb
Limada bələdiyyə binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Bakıda yaşayış binasının qarajında maşın yanıb, iki nəfər tüstüdən zəhərlənib
"Neft Daşları"da indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb
BDYPİ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
25 Yanvar 2022 12:08
1 365
Ölkə ərazisində yaşayan vətəndaşların polis orqanlarında müvəqqəti qeydiyyatının ləğv edilməsinin səbəbləri açıqlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Trend-in sualına cavab olaraq bildirib ki, vətəndaşların müvəqqəti qeydiyyatlarının ləğv edilməsində məqsəd mövcud pərakəndəliyi aradan qaldırmaqdır.
"Qeydiyyatda olan şəxslər barədə hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə-boşanma və ya digər məsələlərlə bağlı polis orqanlarına sorğular daxil olanda bəzi neqativ hallar müşahidə olunurdu. Bununla bağlı müvəqqəti qeydiyyatda olan şəxsləri lazım olanda tapmaq çətinliyi yaranırdı. Hazırda görülən tədbirlərin məqsədi bu cür neqativ halların qarşısının alınması, bu istiqamətdə nizam-intizamın yaradılmasıdır.
Heç bir yerdə qeydiyyata düşə bilməyən vətəndaşlar hazırda yaşadıqları ərazi üzrə polis orqanına müraciət edib yaşadıqları ünvanı bildirməlidirlər. Bu halda qeydiyyat məsələsinə təkrar baxıla bilər", - deyə E. Hacıyev bildirib.