Ceyhun Bayramov Koreyanın xarici işlər nazirinin xüsusi nümayəndəsi ilə görüşüb
Cəbrayılın Horovlu kəndinə növbəti köç olub, açarlar təqdim edilib
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olunub
Xaricdə ali təhsil almış 181 şəxsdən 18-i peşə tanınması üzrə imtahandan keçib
16 Noyabr 2022 14:13
5 572
Noyabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində balaca tamaşaçılar üçün hazırlanmış Canni Rodarinin “Çippolino” tamaşası nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, quruluşçu rejissoru Yelena İvanova olan tamaşada əsas rolları Səbinə Məmmədzadə, Xəyalə Qasımova, Anar Seyfullayev canlandırırlar.
Qeyd edək ki, alleqorik dram janrında olan səhnə əsəri meyvə və tərəvəzlərdən bəhs etsə də, əslində xeyirlə şər arasında gedən mübarizəyə həsr olunub. Gücsüz və köməksiz Çippolino həm öz atasını, həm də onlar kimi kimsəsizləri müdafiə edib qələbə çalır. Ona bu yolda dostları kömək edirlər. Pomidor kimi ikiüzlülər isə ifşa olunur. Uşaqlar üçün əyləncə xarakteri daşıyan bir hissəli müzikl eyni zamanda bir-birinə əl tutmağı və ədalətli olmağı təbliğ edir.
13:55
574
12:34
805
16 Mart 15:59
1 428