2 Dekabr 2022 11:47
6 405
Mədəniyyət Nazirliyi bu ilin iyununda “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan etmişdi. Müsabiqənin məqsədi Qarabağın qədim tarixi və zəngin mədəniyyətini təbliğ etmək, audiovizual sahədə fəaliyyət göstərən yaradıcı gənclərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək idi.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, təqdim olunan videoçarxlar kəmiyyət və keyfiyyət baxımından qənaətbəxş olmadığına, müsabiqə şərtlərini ödəmədiyinə və tələb olunan texniki göstəricilərə cavab vermədiyinə görə müsabiqə təxirə salınıb.
Qeyd edək ki, müsabiqəyə təqdim olunan işlərə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının nəzdində fəaliyyət göstərən, bu sahənin tanınmış mütəxəssislərindən ibarət Ekspert Şurası tərəfindən baxılıb.
15 Sentyabr 11:39
1 050
15 Sentyabr 11:35
1 022
14 Sentyabr 12:59
1 351
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA