Adil İsgəndərov - 113 Mədəniyyət

Adil İsgəndərov - 113

Bu ilin sentyabr ayında insanların düşündüyü kimi, vəfatından 45 il ötəcək, hələlik isə bu gün 113 yaşın tamam olur. Təbrik edirəm!..

Düşünmə ki, ölmüsən. Səni də min ilin ölülərinə qatıb, unutmuşuq. Əsla, sən hələ də bizimləsən…

Xoşbəxt adamsan, vallah. Hər iki dünyada yaşamağı bacarırsan. Orada vəziyyətinin necə olduğundan xəbərsizəm, amma bu dünyada öz hörmətin, nüfuzun, şöhrətin var. Yaşadığın filimlərə kim baxırsa zövq alır. Haqqında o qədər xoş sözlər deyirlər ki, yəqin harada olduğundan asılı olmayaraq qulaqların cingildəyir…

Mələklərlə aran necədir, Bərzəxdə nə var, nə yox? İndi sizdə neçənci ildir, gecədir, yoxsa gündüz?..

Bağışla, üzr istəyirəm, bəlkə də Səni yuxudan elədim. Mövludun mübarək, böyük İNSAN!

Ehtiramla, Elman Eldaroğlu