Nyu Yorkda “Cavad xan“ filminin təqdimatı keçirilib Mədəniyyət

Nyu Yorkda “Cavad xan“ filminin təqdimatı keçirilib

ABŞ-ın Nyu York şəhərində Sultan Əyyub Mədəniyyət Mərkəzində "Cavad xan" filminin nümayişi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Nyu York-Azərbaycan Assosiasiyasının sədri Ercan Yerdələnli qonaqları salamlayaraq film haqqında danışdıqdan sonra mərasimə Azərbaycandan qatılan qonaqlara söz verilib. "Cavad xan" filminin quruluşçu rejissoru Rövşən Almuradlı, filmin ssenari müəllifi Sabir Rüstəmxanlı və təqdimatın təşkilatçılarından biri, Mədəni İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri Gəray Əlibəyov çıxış ediblər. Çıxışlardan sonra filmə baxış keçirilib.
Qeyd edək ki, 2009-cu ildə lentə alınan "Cavad xan" filmi 19-cu əsrin əvvəllərində öz oğlanları ilə birlikdə vətən uğrunda rus qoşunlarına qarşı mübarizə aparmış və mərdliklə həlak olmuş cəsur sərkərdə Cavad xan haqqındadır.