İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
24 Aprel 2025 22:52
6 860
69-cu Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan adından xalları məşhur ifaçı Safura Əlizadə elan edəcək.
Xalqcebhesi.az xəbər verir ki, müsabiqənin ən həyəcanlı anlarından biri sayılan xalvermə mərasimində Safura Azərbaycan münsiflərinin səslərini canlı yayımda təqdim edəcək.
Qeyd edək ki, bu, Safuranın bu rolda ilk çıxışı deyil – o, 2011 və 2012-ci illərdə də Azərbaycan adından xalları təqdim etmişdi.
Xatırladaq ki, Safura 2010-cu ildə Norveçin Oslo şəhərində keçirilən 55-ci Avroviziya Mahnı Müsabiqəsində “Drip Drop” adlı mahnısı ilə 5-ci yerə layiq görülmüşdü.
Bu il müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir və Azərbaycanı “Mamagama” qrupu “Run with u” mahnısı ilə təmsil edir. Final mərhələsi 17 may 2025-ci ildə keçiriləcək.
25 Mart 16:21
1 281
23 Mart 22:02
2 667
23 Mart 17:27
2 940