“Bakı Marafonu 2026” ilə əlaqədar 30 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
Azərbaycan, UNESCO və 39 dövləti əhatə edən SIDS qrupu birgə proqram hazırlayacaq
Hikmət Hacıyev: Azərbaycan WUF13-də öz unikal təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşəcək
Zahid Oruc: ”Yaxın gələcəkdə ölkəmizin milli məhsulları İrəvanda xüsusi mövqe qazanacaq”
Rəsmi Bakı: Azərbaycan və Ermənistan rəsmilərinin qarşılıqlı səfərləri bundan sonra da davam edəcək
23 Oktyabr 2019 16:59
6 636
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi “Xilas edilmiş mədəni sərvətlər” adlı sərgi-seminar keçirib.
Tədbir regionlardakı muzey, qalereya, Heydər Əliyev mərkəzlərinin əməkdaşlarını mərkəzin fəaliyyəti və bərpa işi ilə tanış etmək məqsədi daşıyıb. Tədbirə Bərdə, Tərtər, Yevlax rayonlarının və Mingəçevir şəhərinin muzey, mərkəz və qalereyalarının əməkdaşları dəvət olunub. Üç gün davam edən sərgi-seminarlarda bu rayonların muzey toplularına məxsus eksponatların bərpa prosesini əks etdirən təqdimat, eləcə də mərkəzin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.