Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
20 Dekabr 2019 16:04
3 024
Türkiyənin ən böyük konsert salonlarından biri, Bursa şəhərinin Atatürk Konqres və Mədəniyyət Mərkəzində Azərbaycan və Türkiyənin tanınmış musiqiçilərinin iştirakı ilə simfonik konsert keçirilib. Tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı, Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyevin rəhbərliyi altında Bursa Dövlət Simfonik orkestrinin ifasında Azərbaycan və dünya musiqisinin parlaq nümunələri təqdim olunub.
Tanınmış bəstəkar, Xalq artisti, professor Polad Bülbüloğlunun “Eşq və ölüm” baletindən süita, Türkiyə və Azərbaycanda aktiv yaradıcılığı ilə seçilən istedadlı bəstəkar İlyas Mirzəyevin balaban və simfonik orkestr üçün konserti ilk dəfə olaraq Bursada səsləndirilib. Bu janrda nadir halda yazılan əsərlərdən olan balaban konsertinin solosunu isə nəfəsli alətlərin tanınmış ifaçısı, Azərbaycanın Xalq artisti Əlixan Səmədov böyük uğurla təqdim edib. Konsertin ikinci bölümündə isə Antonin Dvorjakın “Yeni dünyadan” 9-cu simfoniyası ifa olunub.
Təxminən 1500-ə yaxın tamaşaçının izlədiyi konsert proqramı musiqisevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Qeyd edək ki, bu layihə dirijor Əyyub Quliyev və Bursa Dövlət Simfonik Orkestrinin ilk birgə işidir.
15 Noyabr 14:03
1 337
14 Noyabr 17:50
1 883
14 Noyabr 14:25
1 701