“Paşinyanın Aİ iddiası gerçəkləşə bilməz” Gündəm

“Paşinyanın Aİ iddiası gerçəkləşə bilməz”

“Ermənistan parlamentinin Avropa İttifaqına üzvlüklə bağlı qətnamə qəbul etməsini şərh edib. Onun sözlərinə görə, bu addım rəsmi İrəvan tərəfindən ciddi siyasi mesaj sayılsa da, prosesin real nəticəyə çevrilməsi hələlik inandırıcı görünmür”.

Bu fikirləri politoloq Fikrət Sadıqov “Xalqcebhesi.az”-a açıqlaması zamanı söyləyib.

Onun sözlərinə görə, Nikol Paşinyan bir neçə dəfə Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmaq niyyətindən danışıb/ “Bununla belə, o, balanslı mövqe nümayiş etdirərək tam siyasi seçim etməyə tələsmir. Politoloqun fikrincə, Paşinyanın bu addımları 2026-cı ildə keçiriləcək parlament seçkiləri öncəsi elektorata hesablanmış bəyanatlar kimi də qiymətləndirilə bilər.Paşinyan hələ də hansı istiqamətin ona daha çox siyasi üstünlük qazandıracağını müəyyən etməyib. Seçkilərin nəticəsi, siyasi konfiqurasiya və cəmiyyətin reaksiyası onun gələcək addımlarını müəyyən edəcək.Ermənistanın Avrasiya İttifaqından uzaqlaşması və Avropa İttifaqına doğru yönəlməsi Rusiyanın ciddi qıcıqlanmasına səbəb ola bilər.Rusiya Ermənistanı uzun illər ərzində öz forpostu kimi qəbul edib. Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində ciddi addımlar atması Moskvanın sərt reaksiyası ilə qarşılanacaq. Çünki bu, regionda Rusiyanın təsir imkanlarını zəiflədə bilər.

Fikrət Sadıq bildirib ki, Ermənistanın Avropaya yönəlməsi müəyyən xarici güclər tərəfindən dəstəklənsə də, Aİ-yə üzvlük prosesinin son dərəcə mürəkkəb olduğunu nəzərə almaq lazımdır: “Avropa İttifaqına üzvlük üçün çoxsaylı siyasi, hüquqi və iqtisadi şərtlər mövcuddur. Bu gün bəzi Avropa ölkələri belə üzvlük üçün uzun illər gözləyir. Ermənistanın isə bu kriteriyaları qısa müddətdə yerinə yetirməsi real görünmür.Ermənistan parlamentinin qəbul etdiyi qətnamə daha çox siyasi mesaj xarakteri daşıyır və yaxın perspektivdə ölkənin Avropa İttifaqına üzvlüyü gözlənilən deyil”.

Günel Elxan