Keçmiş BMT eksperti: ABŞ təyyarələri alınmamalıdır Gündəm

Keçmiş BMT eksperti: ABŞ təyyarələri alınmamalıdır

ABŞ-ın Venesuelaya hücumundan sonra beynəlxalq ictimaiyyət Amerika istehsalı olan F-16 və F-35 qırıcılarını, eləcə də Boeing təyyarələrini almağı dayandırmalıdır.

Xalqcebhesi.az xəbər verir ki, bu çağırışla ABŞ-lı beynəlxalq hüquqşünas, BMT İnsan Hüquqları Şurasının keçmiş müstəqil eksperti Alfred de Zayas çıxış edib.

O, X sosial şəbəkəsində yazıb: "Beynəlxalq ictimaiyyət ABŞ tərəfindən Venesuela aktivləri və resursları ilə bağlı qəbul edilən hər hansı qərarları tanımaqdan çəkinməlidir. Eyni zamanda, Amerika təyyarələrinin — F-16, F-35, Boeing və s. — alınmasını dayandırmalıdır.’”

Hüquqşünas hesab edir ki, “avropalılar və dünyanın digər ölkələri nə vaxt anlayacaqlar ki, ABŞ hökuməti beynəlxalq cinayətkardır? ABŞ — qanunun aliliyi olan bir ölkə deyil, XIX əsr imperializmi ruhunda dünyanın qalan hissəsini istismar etməyə çalışan yırtıcıdır.”

Məryəm Quliyeva