13:13
1 071
ABŞ Əlcəzairə rus qırıcı təyyarələri aldığına görə sanksiyalar tətbiq edə bilər.
Xalqcebhesi.az "An-Nahar" qəzetinə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin Yaxın Şərq İşləri Bürosunun rəhbəri Robert Palladino məlumat verib.
Palladino bildirib ki, Əlcəzairin rus qırıcı təyyarələri alması barədə məlumatlar ABŞ administrasiyasında narahatlıq doğurur.
“Biz Əlcəzair hökuməti ilə müəyyən məsələlərdə sıx əməkdaşlıq edirik. Amma bir çox məsələlərdə fikir ayrılıqlarımız mövcuddur və silah tədarükü ilə bağlı razılaşma ABŞ-ın problemli hesab etdiyi nümunələrdən biridir,” – deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.
Məryəm Quliyeva