NATO qırıcıları Litvadakı bazadan havaya qalxıb Gündəm

NATO qırıcıları Litvadakı bazadan havaya qalxıb

Litvanın milli müdafiə naziri Robertas Kaunas bəyan edib ki, qonşu Latviyada pilotsuz uçuş aparatları (PUA) ilə bağlı baş verən insidentlər fonunda ölkənin hava məkanının pozulması halı qeydə alınmayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə LRT məlumat yayıb.

"Məndə olan məlumata görə, Litvada buna bənzər heç bir insident və ya hava məkanının pozulması halı qeydə alınmayıb. Hər səhər mən bunu soruşuram və məni əmin edirlər ki, Litvada belə hadisələr yoxdur", — deyə nazir bildirib.

O qeyd edib ki, cümə axşamı günü Latviyanın hava məkanında dronların olması barədə məlumatlardan sonra NATO-nun hava polisi qüvvələri işə salınıb.

Kaunasın sözlərinə görə, patrul missiyasını yerinə yetirən qırıcılar Şyaulyay bazasından havaya qalxıb və səhər saat təxminən altı radələrində aerodroma geri dönüblər.

Nazir həmçinin əlavə edib ki, Latviya, Estoniya və Finlandiyada son zamanlar baş verən dron insidentləri "Rusiyanın təhrik etdiyi Ukrayna əleyhinə müharibənin nəticələridir".

Məryəm Quliyeva