"Şəhərsalma siyasəti dövlətin inkişaf səviyyəsini müəyyən edən əsas göstəricilərdən birinə çevrilib" Gündəm

"Şəhərsalma siyasəti dövlətin inkişaf səviyyəsini müəyyən edən əsas göstəricilərdən birinə çevrilib"

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkənin uzunmüddətli iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən birini təşkil edir".

Bunu xalqcebhesi.az-a Vətəndaş Cəmiyyəti Naminə Marifləndirmə İctimai Birliyinin sədri Fizuli Kərimov deyib.

O, qeyd edib ki, müasir dövrdə şəhərsalma siyasəti dövlətin inkişaf səviyyəsini müəyyən edən əsas göstəricilərdən birinə çevrilib. Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın bu istiqamətdə əldə etdiyi uğurların göstəricisidir ki, burada iştirak edən bir çox ölkənin nümayəndələri Azərbaycanın təcrübəsindən yararlanmağı vacibliyini qeyd ediblər.

"Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan siyasi, iqtisadi, sosial sahələrdə olduğu kimi, şəhərsalma və memarlıq sahəsində də sürətli inkişafa nail olub. Paytaxt Bakı ilə yanaşı, ölkənin digər iri şəhərlərində həyata keçirilən quruculuq işləri buna sübutdur".

Cavid