İranda internetin kəsilməsi 2,5 aydan çoxdur davam edir Dünya

İranda internetin kəsilməsi 2,5 aydan çoxdur davam edir

İran ərazisində internetə çıxış 80 gündən artıqdır ki, demək olar ki, tamamilə yoxdur.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "NetBlocks" beynəlxalq monitorinq xidməti məlumat yayıb.

Xidmətin "X" sosial şəbəkəsindəki səhifəsində dərc olunan paylaşımda deyilir:

"İranda internetin kəsilməsi artıq 81-ci gündür (1 920 saat) davam edir".

"NetBlocks" qeyd edir ki, bu blokada bütün dünyada müşahidə aparılan dövr ərzində bütöv bir ölkə miqyasında qeydə alınan ən uzunmüddətli internet kəsintisi olub.

Məryəm Quliyeva