11:58
623
ABŞ çərşənbə günü, mayın 20-də nüvə başlığı daşımaq qabiliyyətinə malik "Minuteman III" qitələrarası ballistik raketinin (QBR) sınaq buraxılışını icra edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Vandenberq Kosmik Qüvvələri Bazası (Kalyforniya ştatı) məlumat yayıb.
Döyüş başlığı daşımayan QBR-in buraxılışı yerli vaxtla saat 00:01-dən 06:01-dək (Bakı vaxtı ilə 11:01-dən 17:01-dək) bazanın şimal hissəsindən planlaşdırılır. Məlumatda vurğulanır ki, sınaq müntəzəm xarakter daşıyır, bir neçə il əvvəl planlaşdırılıb və dünyada baş verən cari hadisələrə reaksiya deyil.
ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Zərbə Komandanlığından qeyd olunub ki, sınaq buraxılışları proqramının məqsədi raket sisteminin effektivliyini, hazırlığını və dəqiqliyini təsdiqləməkdir.
Məryəm Quliyeva