ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəliblər Gündəm

ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəliblər

ABŞ və İran Hörmüz boğazının açılması məsələsində prinsipial razılıq əldə ediblər. Bununla belə, tərəflər hələlik razılaşmanın təfərrüatlarını müəyyənləşdirməlidirlər.

Xalqcebhesi.az xəbər verir ki, "The New York Times" (NYT) qəzetinin məlumatına görə, İranın dəniz dəhlizi üzərində hər hansı bir nəzarəti saxlayıb-saxlamayacağı hələ də qeyri-müəyyən olaraq qalır. Nəşr qeyd edir ki, İran mətbuatının məlumatına görə, İranın Ali Liderinin hərbi müşavirinin Tehranın boğazı idarə etmək üçün "hüquqi haqqı" olduğunu bəyan etməsi vəziyyətə əlavə qeyri-müəyyənlik gətirib.

Məryəm Quliyeva