İran ABŞ-ın gəmiləri yoxlamasına icazə verməyəcək Dünya

İran ABŞ-ın gəmiləri yoxlamasına icazə verməyəcək

İran dəniz blokadası qaldırıldıqdan sonra İran gəmilərinin keçidi üçün ABŞ tərəfindən hər hansı bir protokolun tətbiq olunmasına razılıq verməyib və vermək niyyətində də deyil.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi öz mənbəyinə istinadən məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, memorandumun mətnində "dəniz blokadası qaldırıldıqdan sonra ABŞ-ın İran gəmilərini təftiş edəcəyi və ya onlara nəzarət edəcəyi" barədə heç bir müddəa yoxdur. Mənbə xüsusilə vurğulayır ki, İran "amerikalılara bu cür hərəkətlər üçün icazə verməyəcək".

Məryəm Quliyeva