Yaponiya Rusiya ilə dialoqa açıq olduğunu bəyan edib Gündəm

Yaponiya Rusiya ilə dialoqa açıq olduğunu bəyan edib

Tokio Moskva ilə dialoqa açıqdır, lakin hazırda siyasi səviyyədə təmaslar üçün konkret planlar yoxdur.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə keçirilən mətbuat konfransında Yaponiyanın xarici işlər naziri Tosimitsu Moteqi bəyan edib.

"İkitərəfli münasibətlər hazırda həqiqətən də çətin vəziyyətdədir, lakin biz hesab edirik ki, belə çətin dövrlərdə kommunikasiya xüsusilə vacibdir. Qonşumuz Rusiya ilə münasibətlərin lazımi səviyyədə idarə olunması baxımından, ölkəmiz, o cümlədən diplomatik kanallar vasitəsilə Rusiya ilə ünsiyyətə münasibətdə açıq mövqe nümayiş etdirməyə davam edəcək", — deyə o bildirib.

Bununla yanaşı, Moteqi qeyd edib ki, "hazırda Yaponiya və Rusiya arasında siyasi səviyyədə təmaslarla bağlı heç bir konkret plan yoxdur".

Yaponiyanın yüksəkrütbəli rəsmilərinin Moskvaya səfərindən dərhal sonra Tokionun NATO-nun Ukraynaya dəstək proqramı (PURL) çərçivəsində 14,6 milyon dollar məbləğində vəsait ayırmasını elan etməsinin səbəbi barədə suala cavab verərkən XİN rəhbəri vurğulayıb ki, "bunun heç bir əlaqəsi yoxdur".

Məryəm Quliyeva