Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
11 İyun 12:11
2 121
ABŞ Çin mövzusunda istəklərinə tədricən nail olmaq üzrədir. Vaxtilə Çin, qlobal çapda siyasi və iqtisadi təsirini artırmaq, eləcə də Qərb dominantlığına qarşı "Qlobal Cənub" (Global South) ölkələrini birləşdirmək məqsədilə BRİKS blokunu formalaşdırmışdı. Blok Çinin xarici siyasətində mühüm yer tuturdu. Ancaq bu gün baxdıqda görürük ki, Avrasiya qitəsində, Çinə yaxın olan, eləcə də blok daxilində aparıcı söz sahibi olan BRİKS üzvləri bir bir sıradan çıxarılmaq üzrədir.
Bunu xalqcebhesi.az-a politoloq Ərəstun Əlizadə deyib.
"Rusiya, İran mövzuları demək olar ki, həll olunub. Həm hərbi, həm də iqtisadi cəhətdən hər iki dövlət sözün əsl mənasında tənəzzül yaşayır.
Bütün bunlarla yanaşı qeyd edim ki, ABŞ-ın Çinə qarşı başlatmış olduğu iqtisadi savaş da öz bəhrələrini vermək üzrədir. Belə ki, 2013-cü ilə kimi Çində ABŞ-ın 4000-ə yaxın qlobal şirkətləri yerləşirdisə bu gün bu say durmadan azalmaq üzrədir. Mövcud şirkətlərin böyük əksəriyyəti Çini tərk edib və yenə də tərk etmək istəyənləri var. ABŞ-Çin arasında nə zaman gərginlik yaşanır və bu gərginlik müharibə ritorikası ilə əvəzlənirsə, o zaman Çini tərk edən şirkətlərin də sayı artmağa başlayır. İnvestisiya ürkək ceyran kimi bir nəsnədir. Nə müharibə sevər, nə də təhdid." - politoloq deyib.
O, qeyd edib ki, və belə olan təqdirdə Çin özünün getdikcə təkləndiyini düşünür. Buna adekvat cavab kimi isə... Bu gün Çin üçün də, Rusiya üçün də öz adlarından ABŞ-ı təhdid edə biləcək bir güc var - Şimali Koreya: "Maraqlıdır ki, hər iki dövlət də sıxışdıqları zaman məhz Kim Çen İnın qapısını döyür. Səbəbi isə budur ki, ABŞ-a qarşı nüvə savaşı başlayacaqsa bu müharibəni ilk başladan dövlət məhz Şimali Koreya olsun.
Üçüncü dünya müharibəsi başlamasına çoxdan başlayıb. Sadəcə bu müharibə nüvə müharibəsi səviyyəsinə hələ keçməyibdir. İran məsələsi tam şəkildə çözüldükdən sonra növbəti hədəf Çin olacaq".
Cavid
25 Sentyabr 16:54
1 407
25 Sentyabr 15:07
1 085
25 Sentyabr 14:10
1 470