Bruney-Darüssalamın Sultanı Prezident İlham Əliyevi təbrik edib
Lavrov: Rusiya artıq Körfəz ölkələrindən sülh konsepsiyası ilə bağlı rəylər alıb
Dodon: "Moldova hakimiyyəti Rusiya ilə dialoqa başlamalıdır"
Culfada binada yanğın olub, ana və azyaşlı övladı xəsarət alıb - FOTO
Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndəriləcək
12:47
1 253
Amerika hərbçiləri Qəzza ilə sərhəddə, "Badim" düşərgəsinin yaxınlığında hərbi bazanın tikintisinə başlayıblar. Ehtimal olunur ki, bu baza münaqişənin aktiv fazası başa çatdıqdan sonra beynəlxalq səylərin koordinasiya mərkəzinə çevrilə bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Israel Hayom" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, obyekt anklavla sərhədin yaxınlığında, Reim bölgəsində inşa edilir. Bazanın gələcəkdə Qəzza zolağındakı layihələrə cəlb olunacaq hərbi və mülki heyətin yerləşdirilməsi üçün istifadə ediləcəyi gözlənilir.
Qeyd olunur ki, Amerikanın müvafiq strukturları artıq hazırlıq işlərinə başlayıb və komanda-müşahidə məntəqələri üçün mobil qurğuların, eləcə də avadanlıqların tədarükü üzrə tenderlər elan ediblər. İlk mərhələdə, daimi infrastrukturun tikintisi başa çatana qədər heyətin müvəqqəti binalarda yerləşdirilməsi planlaşdırılır.
Mənbələrin verdiyi məlumata görə, layihə İsrail ilə koordinasiyalı şəkildə həyata keçirilir və hazırda fəaliyyət göstərən çoxmillətli qərargahı əvəz edərək, regiondakı beynəlxalq qüvvələrlə mülki strukturların qarşılıqlı fəaliyyət platformasına çevrilməlidir.
Məryəm Quliyeva