08:29
427
ABŞ-nin İrana iqtisadi təzyiq göstərmək planları nəticədə onların özünə zərər vuracaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran parlamentinin spikeri Məhəmməd Baqir Qalıbaf bildirib.
O, bazar ertəsinə keçən gecə "X" sosial şəbəkəsində bir sıra rəsmlər dərc edib. Şəkillərdə "tarixin ən sərt iqtisadi tədbirlərini" elan edən bir şəxs təsvir olunub. Həmin şəxs bumeranq buraxır, bumeranq isə nəticədə geriyə qayıdaraq onun başından vurur.
"Sizin dondurulmuş xarici siyasətiniz sizə yalnız dondurulmuş iqtisadiyyat verə bilər. Dondurulmayacaq yeganə şey isə İran bumeranqıdır", – deyə Qalıbaf yazını imzalayıb.
Məryəm Quliyeva