08:40
462
Bazar günü Suriya və İsrailin yüksəksəviyyəli nümayəndə heyətləri ABŞ-nin vasitəçiliyi ilə İordaniya ərazisində danışıqlar aparıblar. Görüşdə İsrailin Suriyanın İdlib əyalətindəki Əbu əd-Duhur aviabazasına endirdiyi son zərbədən sonra gərginliyin azaldılması məsələsi müzakirə olunub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Suriya nümayəndə heyətinə xarici işlər naziri Əsəd əl-Şeybani rəhbərlik edib. Heyətin tərkibinə həmçinin ümumi və hərbi kəşfiyyat idarələrinin rəhbərləri daxil olublar. İsrail tərəfini isə yüksəksəviyyəli nümayəndə heyəti təmsil edib.
Məryəm Quliyeva