08:25
399
Kriptovalyuta bazarında son sutka ərzində əsasən müsbət dinamika müşahidə olunub.
“APA-Economics” “CoinMarketCap”a istinadən xəbər verir ki, “Bitcoin” son 24 saatda 0,12% bahalaşaraq 76 980,26 ABŞ dollarına yüksəlib.
“Ethereum” sutka ərzində 1,08% bahalaşaraq 2 435,41 dollara, BNB 1,06% artaraq 696,92 dollara çatıb.
Daha yüksək artım “Zcash” və “Bittensor”da qeydə alınıb. “Zcash” son 24 saatda 6,99% bahalaşaraq 833,07 dollara, “Bittensor” isə 7,76% artaraq 234,57 dollara yüksəlib. “Monero” 3%, “Bitcoin Cash” isə 0,66% ucuzlaşıb.
Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,38% artaraq 2,61 trilyon dollara çatıb.
Analitiklərə görə, son günlər kriptovalyuta bazarındakı yüksəlişə ABŞ Xəzinədarlığının uzunmüddətli dövlət istiqrazlarının geri alış həcmini artırması, dolların zəifləməsi, spot “Bitcoin” ETF-lərinə vəsait axınının güclənməsi və ABŞ-da kriptovalyutaların tənzimlənməsi ilə bağlı müsbət gözləntilər dəstək verib. Ötən həftə ABŞ spot “Bitcoin” ETF-lərinə 1,9 milyard dollar xalis vəsait daxil olub ki, bu da 2026-cı ilin ən yüksək həftəlik göstəricisidir.