08:34
385
“Türk dünyası baxımından Azərbaycan–Özbəkistan əməkdaşlığının xüsusi əhəmiyyəti var”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu deyib.
O qeyd edib ki, hər iki ölkə Türk Dövlətləri Təşkilatının aparıcı və fəal üzvlərindəndir və onların daha sıx koordinasiyası təşkilat daxilində iqtisadi, nəqliyyat, enerji və siyasi əməkdaşlığa əlavə impuls verə bilər: “Burada söhbət yalnız tarixi və mədəni yaxınlıqdan deyil, ortaq iqtisadi maraqlar əsasında daha inteqrasiya olunmuş türk coğrafiyasının formalaşmasından gedir. Bakı–Daşkənd xətti gələcəkdə Cənubi Qafqazı Mərkəzi Asiya ilə birləşdirən və türk dövlətlərinin regional çəkisini artıran əsas strateji istiqamətlərdən birinə çevrilə bilər”.
E.Telmanoğlunun sözlərinə görə, gələcək perspektivdə səfərin nəticələrini üç əsas istiqamətdə görmək mümkündür: siyasi müttəfiqliyin daha da möhkəmləndirilməsi, iqtisadi və nəqliyyat layihələrinin genişləndirilməsi və Türk Dövlətləri Təşkilatı daxilində daha sıx koordinasiyanın təmin olunması: “Azərbaycan və Özbəkistanın həm regional, həm də beynəlxalq məsələlərdə mövqelərinin uzlaşdırılması onların ayrı-ayrılıqda malik olduqları imkanları daha böyük regional təsirə çevirə bilər. Ona görə də İlham Əliyevin bu səfərini sadəcə ikitərəfli münasibətlərin inkişafı deyil, Xəzərdən Mərkəzi Asiyaya qədər uzanan yeni geosiyasi və iqtisadi əməkdaşlıq xəttinin möhkəmləndirilməsi baxımından strateji addım kimi qiymətləndirmək olar”.
Röya İsrafilova
09:07
308
09:07
301
08:52
343