08:34
483.jpg)
ABŞ Hərbi Dəniz Qüvvələri İranın dəniz mühasirəsini bərpa etdikdən bəri bu ölkə ilə əlaqəli olan və İran limanına gedən və ya oradan çıxan artıq 70 ticarət gəmisinin qarşısını kəsib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) məlumat verib.
"Avqustun 23-nə olan məlumata görə, CENTCOM qüvvələri tələblərə riayət olunmasını təmin etmək üçün 70 kommersiya gəmisinin marşrutunu dəyişdirib, 3-nü sıradan çıxarıb və daha 2 gəmidə baxış keçirib", – deyə məlumatda bildirilir.
ABŞ HDQ iyulun 14-də İran limanlarına və sahil zonalarına gedən və ya oradan gələn gəmilərin dəniz mühasirəsini bərpa edib. Əvvəlki rejim aprelin 13-dən iyunun 18-dək qüvvədə olub.
Mərkəzi Komandanlığın məlumatına görə, iki ay ərzində onun qüvvələri mühasirəyə riayət edən 142 gəminin marşrutunu dəyişdirib, ona riayət etməyən 9 gəmini sıradan çıxarıb və humanitar yardım daşıyan 50-dən çox kommersiya gəmisinin mühasirə zonasından keçməsinə şərait yaradıb.
Məryəm Quliyeva