

Avropa Komissiyası Rusiya qazı və neftindən mərhələli şəkildə imtina planı hazırlayıb.
Bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen deyib.
Onun sözlərinə görə, bütün Aİ ölkələrindən oktyabrın 1-dək qaz anbarlarını hər il ən azı 90%-ə qədər doldurmaq tələb olunacaq.
"Aİ 2030-cu ilə qədər Rusiyadan kömür, neft və qaz idxalından tamamilə imtina planı və 2022-ci ilin sonuna qədər Rusiyadan qaz tədarükündən asılılığı 67% azaltmaq üzrə plan hazırlayır", - deyə AK-nin prezidenti bildirib.
Həmçinin qeyd edilib ki, Aİ yaxın gələcəkdə Ukraynanı Avropa İttifaqının enerji şəbəkəsinə qoşmağı planlaşdırır.