Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək
“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Ayxan Hacızadə Fransanın Azərbaycana səyahət xəbərdarlığını qətiyyətlə pisləyib
Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Türkiyə və İtaliya şirkətləri yeni zirehli texnikanın sınaqlarını başa çatdırıb
30 Noyabr 2022 10:46
13 223
Bu ilin yanvar-oktyabr aylarında Bakı üzrə ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4,6 faiz artaraq 19306,6 mln. manat olub.
Bakı Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artaraq (təqribən 5 faiz) 10 030,1 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,4 faiz artaraq 9 276,5 mln. manata bərabər olub.
“İstehlak məhsullarının 36,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 44,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 19,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb”, - məlumatda qeyd olunur.