17 Sentyabr 22:08
17 Sentyabr 21:35
17 Sentyabr 20:47
08:39
469
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti bahalaşıb.
“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda 1,26% bahalaşaraq 77 327,45 ABŞ dollarına yüksəlib.
“Ethereum” 1,74% artaraq 2 474,28 dollara, BNB 3,73% bahalaşaraq 751,54 dollara, “Monero” 3,67% yüksələrək 518,46 dollara çatıb. “Bitcoin Cash” 11,52%, “Bittensor” isə 7,75% bahalaşıb.
Ən yüksək artımlardan biri “Zcash”da qeydə alınıb. Kriptovalyuta son sutkada 7,76% bahalaşaraq 1 488,60 dollara yüksəlib. Onun son 30 gündə artımı 194,14%-ə çatıb.
Qızıl əsaslı kriptovalyutalar da bahalaşıb. “Tether Gold” (XAUT) 1,28% artaraq 4 338,01 dollara, “PAX Gold” (PAXG) isə 1,19% yüksələrək 4 335,22 dollara çatıb.
“CoinMarketCap 20” indeksi 1,90% artaraq 160,65 bənd təşkil edib.
Kriptobazardakı yüksəliş əvvəlki itkilərdən sonra bərpa fonunda baş verir. Bununla belə, FED-in faiz dərəcəsini 25 baza bəndi artıraraq 3,75–4%-ə çatdırması və bu il daha bir artım siqnalı verməsi riskli aktivlər üçün təzyiq olaraq qalır. Bundan başqa, ABŞ Senatında kriptovalyutalar üçün tənzimləyici çərçivə yaratmalı olan “Clarity Act”ın irəlilədilməsi üçün prosedur səsverməsinin uğursuz olması sektorda tənzimləmə qeyri-müəyyənliyini saxlayır.
08:36
406
17 Sentyabr 10:56
1 127
17 Sentyabr 09:13
980