Azərbaycan neftinin qiyməti yenidən 84 dolları ötüb İqtisadiyyat

Azərbaycan neftinin qiyməti yenidən 84 dolları ötüb

Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.

"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,61 ABŞ dolları və ya 1,94% artaraq, 84,43 dollar təşkil edib.
Qeyd edək ki, ötən həftə ərzində (12 – 16 dekabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 83,474 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,06 dollar və ya 2,53% çoxdur. Həftə ərzində ən yüksək göstərici (III gün) – 85,94 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 80,8 dollar səviyyəsində olub.