“Rusiya danışıqlarda qeyri-müəyyənlik seçir”
19 Fevral 21:54
19 Fevral 21:54
19 Fevral 21:34
19 Fevral 21:26
19 Fevral 21:09
27 Mart 2023 12:16
3 605
“Qafqaz-Kredit” bank olmayan kredit təşkilatı 2022-ci üzrə maliyyə hesabatlarını açıqlayıb.
“APA-Economics” “Qafqaz-Kredit” MMC-nin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il təşkilatın məcmu mənfəəti 2021-ci illə müqayisədə 84 % və ya 41 min 631 manat artaraq 91 min 98 manat təşkil edib. Təşkilatın 2021-ci ildə məcmu mənfəəti 49 min 467 manat olub.
2022-ci ildə təşkilatın müştərilərə verdiyi kreditin həcmi 2021-ci illə müqayisədə 10% azalaraq 879 min 798 manata bərabər olub. Faiz gəlirləri 3.2% azalaraq 253 min 657 manat, xalis faiz gəlirləri isə 1.8% azalaraq 253 min 487 manat təşkil edib.
Ötən il təşkilatın faiz xərcləri 2021-ci illə müqayisədə 24 dəfə azalaraq 170 manat olub. 2021-ci ildə təşkilatın faiz xərcləri 4 min 83 manat idi.
“Qafqaz-Kredit” MMC 2022-ci ildə 9 min 782 manat mənfəət vergisi ödəyib.
Hesabat dövründə təşkilatın cəmi aktivləri 1.9% və ya 22 min 212 manat artaraq 1 milyon. 176 min 764 manat, öhdəliklərinin həcmi isə 29.2% və ya 68 min 886 manat azalaraq 166 min 703 manat təşkil edib.
Ötən il “Qafqaz-Kredit”in cəmi kapitalı 1 milyon 10 min 61 manata bərabər olub ki, bu göstəricinin həcmi 2021-ci illə müqayisədə 9.9% çoxdur.
19 Fevral 19:01
1 253
19 Fevral 16:42
1 358
19 Fevral 16:41
1 337