Vens: ABŞ İrana qarşı müharibənin iki il uzanmasına imkan verməyəcək Dünya

Vens: ABŞ İrana qarşı müharibənin iki il uzanmasına imkan verməyəcək

İrana qarşı müharibə Vaşinqton üçün növbəti uzadılmış münaqişəyə çevrilməyəcək və Amerika hakimiyyəti bu qarşıdurmanın daha iki il davam etməsinə imkan verməyəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens bəyan edib ki.

"Biz Amerika xalqına dedik ki, artıq sonsuz müharibələrə qoşulmayacağıq. Bəli, ABŞ Prezidenti Donald Trump Tehranın nüvə proqramını məhv etməyi zəruri hesab etdi və bəli, İranın nüvə proqramı Birləşmiş Ştatlar üçün təhlükə törədir. Lakin biz bunun (İranla münaqişənin) ABŞ üçün 10-15 il, və ya düzünü desək, hətta iki illik bir öhdəliyə çevrilməsinə yol verməyəcəyik", – o, "Fox News" telekanalına müsahibəsində bildirib.

"Biz orada əbədi qalmayacağıq. Bunu etməyəcəyimizə söz vermişik. Məqsədimizə mükəmməl nəticələrlə nail olunacağına qətiyyən əminəm", – Vens əlavə edib.

Məryəm Quliyeva