Azərbaycan xaricə 3 mln. manatdan çox sığorta xidməti ixrac edib İqtisadiyyat

Azərbaycan xaricə 3 mln. manatdan çox sığorta xidməti ixrac edib

Azərbaycanın sığorta şirkətləri 2023-cü ilin ilk 4 ayında Gürcüstan və Qazaxıstana satılan Yaşıl Kartlar üzrə 3 milyon 100 min manat sığorta haqqı əldə ediblər.

Bunu İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov deyib.
Rəşad Əhmədov əlavə edib ki, bu ilin sonuna kimi Azərbaycan sığorta şirkətləri xaricə satılan Yaşıl Kartlar üzrə 10 milyon manat sığorta haqqı əldə edəcəklər.