Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
Ceyhun Bayramovun Hakan Fidanla təkbətək görüşü keçirilir - YENİLƏNİB
Fərid Şəfiyev: Azərbaycan-Türkiyə birliyinə qarşı mütəşəkkil dezinformasiya kampaniyaları aparılır
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib
1 İyun 2023 09:59
3 472
Azərbaycanın 2026-cı ilin axırına kimi alternativ enerji sahəsində (külək və günəş enerjisi) reallaşdırılacaq layihələr çərçivəsində əlavə 1 mlrd. kubmetr həcmində qaz ixrac üçün qənaət edilə bilər.
"APA-Economics" xəbər verir ki, bunu 28-ci Bakı Enerji Forumu zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda 2026-cı ilin axırına kimi 1,8 QVt gücündə alternativ enerji sahəsində layihələr həyata keçiriləcək.
Nazir əlavə edib ki, 2030-cu ildə qeyd olunan göstərici 5 QVt-ta çatacaq və bu da böyü "yaşıl enerji" potensialı deməkdir.
Pərviz Şahbazovun sözlərinə görə, Azərbaycanın bu sahədə göstərdiyi səylər Xəzər regionunun "yaşıl enerji" mərkəzinə çevrilməsi üçün zəmin yaradacaq: "İlkin mərhələdə bu gücün 4 QVt-ın Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya, 1 GVt-ın isə Naxçıvan vasitəsilə Türkiyə və Avropaya ixracı nəzərdə tutulur. Enerji Həftəsi çərçivəsində biz əlavə 3 MVt bərpa olunan enerji mənbələrinin inkişafını nəzərdə tutan Memorandumlar imzalayacağıq".
12:11
441
12:10
420
11:40
504