TikTok Azərbaycanda süni intellektlə bağlı maarifləndirici təşəbbüsə başlayır
Almaniya dördüncü yeni radioelektron kəşfiyyat gəmisini sifariş edəcək
“Ukraynanı təslimçi sülhə məcbur etmək istəyirlər”- Qüdrət Həsənquliyev
Aeroportda sərnişinlərin baqajından gömrükdən gizlədilən dərmanlar və siqaretlər aşkarlanıb
12 Fevral 2025 12:53
3 304
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsus Vahid Elektron Xidmətlər Portalı (portal.rinn.az) saytında təqdim edilən bütün elektron xidmətlər "mygov" tətbiqi və "my.gov.az" veb platformasına inteqrasiya edilib.
"APA-Economics" xəbər verir ki, bununla da RİNN-in strukturuna daxil olan və tabeliyindəki qurumların bütün elektron xidmətləri (57 xidmət) "mygov" üzərindən həyata keçiriləcək.
Qeyd edək ki, Vahid Elektron Xidmətlər Portalı 2022-ci ildə “AzInTelecom” MMC tərəfindən RİNN və tabeliyindəki qurumların bütün elektron xidmətlərinin vahid sistem üzərindən əldə edilməsi məqsədilə yaradılıb. İlk olaraq portala 6 xidmət inteqrasiya olunub. Bunlar “AzInTelecom” MMC-yə aid “Mobil cihazların qeydiyyatdan keçirilməsi”, “Mobil cihazların qeydiyyat tarifi”, “IMEI yoxlama”, “Lokal çıxış (şəhər, rayon, daxili) danışıqlarının statistikası, “Vətəndaşların adına olan mobil nömrələr haqqında məlumat”, həmçinin “Azərpoçt” MMC-yə aid “Poçt göndərişlərinin izlənilməsi” xidmətləridir. Daha sonra digər 51 xidmətin də portala inteqrasiyası həyata keçirilib.