Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
20 Fevral 2025 22:47
4 151
Naxçıvan Muxtar Respublikasındakı Yol Təmir İstismar MMC-ləri birləşib.
Xalqcebhesi.az-ın İqtisadiyyat.az-a istinadən məlumatına görə, bununla bağlı müvafiq qərar verilib.
Qərara əsasən, "Şərur Yol Təmir Tikinti İstismar” MMC, "Culfa Yol Təmir Tikinti İstismar” MMC, "Kəngərli Yol Təmir İstismar” MMC, "Babək Yol Təmir İstismar” MMC, "Sədərək Yol Təmir İstismar” MMC, "Şahbuz Yol Təmir İstismar” MMC, "Ordubad Yol Təmir İstismar” MMC "Naxçıvan Yol Təmir Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşulub.
Naxçıvan Yol Təmir Tikinti bu qoşulma nəticəsində yenidən təşkil edilib və adı "Naxçıvan Yol Təmir Tikinti İstismar” Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq dəyişdirilib.
Xatırladaq ki, sözügedən MMC-lər əvvəllər idarə statusunda olublar və onların ötən il idarə statusu ləğv olunaraq MMC-yə çeviriliblər.
16 May 10:37
1 603
15 May 17:25
1 743
15 May 15:45
1 764