Azərbaycan ilə AB qabaqcıl təcrübəni paylaşacaq İqtisadiyyat

Azərbaycan ilə AB qabaqcıl təcrübəni paylaşacaq

Malena Mard: "AB ilə Azərbaycanın sığorta-pensiya sistemindəki əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir"

Avropa Birliyi (AB) ilə Azərbaycanın sığorta-pensiya sistemində və qeyri-dövlət pensiya fondlarının yaradılması sahəsində əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir. "Sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üzrə qanunvericiliyin hazırlanması" layihəsinin əsas məqsədi Azərbaycanda sabit pensiya sisteminin yaradılmasıdır.
"APA-Economics"in xəbərinə görə, bunu Bakıda keçirilən sığorta-pensiya sistemi ilə bağlı çıxışında AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.
Onun sözlərinə görə, bu sahədə Azərbaycan ilə AB ölkələrinin qabaqcıl təcrübəsi paylanılacaq.
"Sığorta-pensiya sisteminin yaradılmasında müxtəlif elementlərin, xüsusilə bazarın bu sistemə cəlb edilməsi yolları nəzərdən keçiriləcək. Azərbaycanın sabit pensiya sisteminə ehtiyacı var. Sabit pensiya sistemi üçün münasib pensiya mexanizmləri mövcuddur", - deyə M. Mard qeyd edib.
Diplomat əlavə edib ki, birlik ölkələri qarşıdakı 20 ayda Azərbaycana ən qabaqcıl təcrübəsi ilə paylaşacaqlar: "AB və Azərbaycan davamlı olaraq bilik və bacarıqlar paylaşırlar. DSMF ilə birgə həyata keçirilən bu layihə çox mühümdür. 20 ayda bu layihənin uğurla həyata keçiriləcəyini və onun uğurlu nəticələr verəcəyinə ümid edirəm".