Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_1/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Azərbaycanın Gürcüstanla 2017-ci il üzrə xarici ticarəti

Azərbaycanın Gürcüstanla 2017-ci il üzrə xarici ticarəti İqtisadiyyat

Azərbaycanın Gürcüstanla 2017-ci il üzrə xarici ticarəti

2017-ci ilin yekunlarına əsasən, Azərbaycan Gürcüstanın 4-cü böyük ticarət tərəfdaşı olub. Ötən il 2 ölkə arasında ticarət dövriyyəsinin həcmi 2016-cı illə müqayisədə 36,7% artaraq 881,9 mln. dollar təşkil edib. Azərbaycanın qonşu ölkənin xarici ticarət dövriyyəsində payı 8,2% olub.
Ötən il Azərbaycandan qonşu ölkəyə 609 mln. 721,8 min dollar dəyərində mal ixrac olunub ki, bu da 2016-cı illə müqayisədə 23,8% çoxdur. Gürcüstanın Milli Statistika İdarəsindən APA-nın yerli bürosuna verilən məlumata əsasən, ötən il Azərbaycandan Gürcüstana ixrac olunmuş malların arasında birinci yeri yanacaq qazları və digər qaz halında karbohidrogenlər tutub. Azərbaycandan qonşu ölkəyə bu kateqoriya üzrə 378 mln. dollar dəyərində 1,5 mln. ton məhsul ixrac olunub ki, bu da 2016-cı illə müqayisədə 4,1% çoxdur. İxrac siyahısında ikinci yerdə neft və neft yağları qərarlaşıb. Ötən il Azərbaycandan Gürcüstana 230 846,3 ton həcmində neft və neft məhsulları ixrac olunub. Bu göstərici 2016-cı illə müqayisədə 12,6% azdır.
Elektrik enerjisi Azərbaycandan Gürcüstana ixrac olunmuş məhsulların sırasında 3-cü yerdədir. Ötən il elektrik enerjisinin qonşu ölkəyə ixracında kəskin artım qeydə alınıb. Belə ki, ötən il Gürcüstan Azərbaycandan 47 mln. 115,4 min dollar məbləğində elektrik enerjisi idxal edib ki, bu da 2016-cı illə müqayisədə 8,1 dəfə çoxdur. İxraca görə ilk onluqda yer almış digər mallar müvafiq olaraq mis filizləri və konsentratları (9 628,6 ton); sement (318 445,7 ton); gips, anhidrit və gipsli bağlayıcılar (107 910,0 ton); buldozerlər, avtoqreyderlər, ekskavatorlar, skreperlər, hamarlayıcı maşınlar (186 ədəd); dəmir və ya aşqarlanmış poladdan çubuqlar (14 868,9 ton); şəkər və kimyəvi təmiz saxaroza (8 645, 2); fındıq və digər qoz-fındıqdır (757 ton). 2017-ci ildə Azərbaycandan Gürcüstana sement ixracında illik müqayisədə 73%, dəmir və ya aşqarlanmış poladdan çubuqların ixracında 6 dəfə, fındıq ixracında isə 4 dəfə artım qeydə alınıb.
Ötən il Azərbaycan Gürcüstandan 272 mln. 172,5 min dollar dəyərində məhsul idxal edib. Bu göstərici 2016-cı illə müqayisədə 78,3% çoxdur. Hesabat dövründə Azərbaycan qonşu ölkədən daha çox minik avtomobilləri idxal edib. 2017-ci ildə Gürcüstandan Azərbaycana 4 555 ədəd minik avtomobili ixrac olunub ki, bu da 2016-cı illə müqayisədə 3 225 ədəd çoxdur. Azərbaycanın bu ölkədən idxal etdiyi məhsulların siyahısında ikinci yeri siqarlar, ucları kəsilən siqarlar, siqarilla (nazik siqarlar) tutub. Ötən il Azərbaycan Gürcüstandan bu maldan 1 218 540 ədəd idxal edib ki, bu da illik müqayisədə 16,1 dəfə çoxdur. İdxal məhsullarının ilk onluğunda üçüncü yerdə medikamentlər dayanır. Ötən il Azərbaycan Gürcüstandan 2,2 min ton medikament alıb. İdxal siyahısında dördüncü yerdə iribuynuzlu mal-qara qərarlaşıb. Azərbaycan 2017-ci ildə bu Gürcüstandan ümumi çəkisi 6 105,5 min ton (6,17 dəfə artım) olan mal-qara idxal edib.
Azərbaycanın Gürcüstandan idxal etdiyi malların ilk onluğunda daha sonra dəmir və ya aşqarlanmış poladdan çubuqlar (19 487,8 ton); denaturasiya olunmamış etil spirti, spirtlər, likyorlar və digər spirtli içkilər (274 646,0 litr); mineral və şəkərli qazlı sular (8 474,645 litr); insan qanı; terapevtik, profilaktik və diaqnostik məqsədlərlə istifadə üçün hazırlanmış heyvan qanı (46,3 ton); ferroərintilər (4 728,4 ton) və kartof (35 768,1 ton) yer alıb. Ötən il Azərbaycan Gürcüstandan kartofun idxalını 2,57 dəfə artırıb.