Yaponiyada ağır yol qəzasında 12 nəfər xəsarət alıb Dünya

Yaponiyada ağır yol qəzasında 12 nəfər xəsarət alıb

Tokio ilə qonşu olan İbaraki prefekturasında yeddi avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Xilasetmə xidmətlərinin məlumatına görə, insident yerli sürət magistrallarından birində qeydə alınıb. Qəzaya düşən nəqliyyat vasitələri arasında zibil daşıyan yük maşınının da olduğu bildirilir. Hadisə nəticəsində azı 12 nəfər xəsarət alıb. Ərazidə polis əməkdaşları işləyir.

Məryəm Quliyeva